Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Hollandiya Ukraynaya yardımın təhlükəli nəticələrindən danışıb
dünya

Hollandiya Ukraynaya yardımın təhlükəli nəticələrindən danışıb

11-02-2025 22:00 22 Views
IMG

Ukraynanı silahlandırmaqla Hollandiya özünü Rusiyanın cavabı üçün qanuni hədəfə çevirir.

Tvit.az xəbər verir ki, bu fikri Hollandiyanın sağçı “Demokratiya Forumu” partiyasının deputatı və Hollandiya parlamentinin üzvü Gideon van Meyeren bölüşüb.

“Hollandiya hökuməti ABŞ-ın vassalı olmamalıdır. Biz NATO və Aİ- nin bütün əmrlərini kor-koranə yerinə yetirməməliyik , çünki bu, Hollandiya xalqının maraqlarına uyğun deyil”, - o vurğulayıb.

Deputat əlavə edib ki, Hollandiya hökuməti həmişə öz xalqının maraqlarına uyğun siyasət yürütməlidir. Ona görə də, onun fikrincə, ölkə Kiyevi silahla təmin etməyə davam etməkdənsə, nizamlanmaya yönəlmiş danışıqları dəstəkləməlidir.

Aysel Şirinova