Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Lavrov Rusiyanın Ukrayna ilə bağlı müzakirələrə hazır olması barədə danışdı
dünya

Lavrov Rusiyanın Ukrayna ilə bağlı müzakirələrə hazır olması barədə danışdı

10-02-2025 22:00 31 Views
IMG

Moskva Ukrayna ilə bağlı müzakirələrə hazırdır. Bu baxımdan onun qanuni maraqları təmin olunmalıdır.

"Tvit.az" xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib. 

"Prezident Vladimir Vladimiroviç Putinin bununla bağlı dəfələrlə dediyi kimi, Rusiya müzakirələrə hazırdır. Bu müddətdə bizim qanuni milli maraqlarımız təmin olunmalıdır. Başqalarının maraqları hesabına deyil, heç kimə zərər dəyməyəcək hərtərəfli təhlükəsizlik sistemi haqqında razılaşma kontekstində", - deyə o, bildirib.

Bundan əvvəl Rusiya xarici işlər naziri bildirib ki, Moskva ayrı-seçkiliyə məruz qalsa, beynəlxalq təşkilatlardakı öhdəliklərinə yenidən baxmağa hazırdır.

Aysel Şirinova