Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Naxçıvanda "Mercedes" aşdı - Beş nəfər yaralandı
turizm

Naxçıvanda "Mercedes" aşdı - Beş nəfər yaralandı

10-02-2025 15:00 27 Views
IMG

Naxçıvanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralın Püsyan kəndi (Şərur rayonu) ərazində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı beş nəfər xəsarət alıb.

Hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən yaralılar xilas edilib.

Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.