Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Narkokuryerdən 8 kiloqram heroin götürüldü
turizm

Narkokuryerdən 8 kiloqram heroin götürüldü

10-02-2025 11:00 58 Views
IMG

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 44 yaşlı Mirtaleh Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Tvit.az"a verilən məlumata görə, ondan 8 kiloqram heroin aşkarlanıb.

Araşdırmalarla M.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.