Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu kənddə altı ay yay olur, altı ay qış - FOTO
dünya

Bu kənddə altı ay yay olur, altı ay qış - FOTO

07-02-2025 22:00 21 Views
IMG

Türkiyədə - Sivasın İmranlı rayonunda Kızıldağ zirvəsi yaxınlığında 2190 metr yüksəklikdə yerləşən Kasaplar kəndində ilin 6 ayı qış, 6 ayı isə yay kimi keçir.
Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu kənddə ildə 4 deyil, cəmi 2 fəsil olur, kənddə ilin 6 ayı həmişə qar yağır.
İmranlı rayon mərkəzindən 32 kilometr aralıda, Qızıldağ aşırımının yaxınlığında yerləşən Kasaplar kəndi köhnə qəsəbədə 1970-ci illərdə baş verən sürüşmə nəticəsində indiki əraziyə köçürülüb. Cəmi 53 təsərrüfatdan ibarət kənd Kızıldağın zirvəsinə yaxın olan yeganə kənddir.
Sıx qışda qarın qalınlığı bəzən 2 metrə çatan kənd coğrafi mövqeyinə görə qar örtüyünü uzun müddət saxlayır. Noyabrda ağ yorğana bürünən Kasaplar kəndi qar kütləsini may ayına qədər saxlayır. Digər kəndlərdə yaz-yay fəsli yaşasa da, qar örtüyü gec götürüldüyündən Kasaplar kəndində dörd fəsil deyil, yalnız qış və yay fəsli yaşayır.
Qar örtüyü ən uzun müddət əriməyən kənd kimi tanınan Kasaplar kəndi bu ilin ən quraqlıq dövrlərindən birini yaşayır. Qarın əvvəlki illərlə müqayisədə qeyri-kafi olduğu bölgədə qarın qalınlığı 50 santimetr civarındadır. Əlverişsiz iqlim şəraitinə görə kifayət qədər əkinçiliklə məşğul ola bilməyən kənd bal istehsalı və heyvandarlığı ilə seçilir.
Aysel Şirinova