Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Almaniya Trampın Qəzzanı ələ keçirmək planını rədd etdi
dünya

Almaniya Trampın Qəzzanı ələ keçirmək planını rədd etdi

07-02-2025 16:00 18 Views
IMG

Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri zorla köçürmək planına qarşı çıxıb.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir bunu Lüdviqsburqda keçirilən seçki tədbirində deyib.


“Prezident Trampın təklif etdiklərini tamamilə rədd edirəm. Qəzza əhalisini Misir və İordaniyaya zorla göndərmək düzgün deyil”,- deyə Baş nazir bildirib.


Elmin Alışov