Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ərdoğan Azərbaycan səfirini mükafatlandırdı
sosial

Ərdoğan Azərbaycan səfirini mükafatlandırdı

06-02-2025 20:00 19 Views
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.

 

Tvit.az xəbər verir ki, mükafat Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin iki illiyinə həsr olunmuş mərasimdə təqdim olunub.

 

Türkiyə Prezidenti zəlzələ zamanı ilk yardıma gələn Azərbaycana salam və ehtiramını bildirib.

 

“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, - Ərdoğan vurğulayıb.