Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanlı futbolçunun klubu "Qalatasaray"a məğlub olub
sport

Azərbaycanlı futbolçunun klubu "Qalatasaray"a məğlub olub

06-02-2025 19:00 21 Views
IMG

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunun matçında "Qalatasaray"a 1:4 hesabı ilə məğlub olub.

 

Tvit.az xəbər verir ki, C qrupunun II turunun qarşılaşmasında hesabı Vüsal İsgəndərli açıb.

 

11-ci dəqiqədə adını tabloya yazdıran oyunçu komandasını hesabda irəli çıxarıb. Bununla belə Bolu təmsilçisi qələbə hesabını qoruya bilməyib.

 

"Sarı-qırmızılar"ın heyətində müvafiq olaraq fərqlənən Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmed Kutucu (75) "Qalatasaray"ın qələbəsində pay sahibi olub.