Səlahiyyət müddəti başa çatan Polşa prezidenti Andjey Duda gələcək pensiyasından şikayətlənib.
Tvit.az xəbər verir ki, bu barədə Business Insider məlumat yayıb.
Siyasətçi bildirib ki, vəzifədən getdikdən sonra ona ayda üç min dollara yaxın maaş veriləcək. “Prezident olduğum bu illər ərzində üzərimə götürməli olduğum məsuliyyəti və indiyədək Polşada bu müavinəti yalnız üç nəfərin aldığını nəzərə alsaq, bu o qədər də böyük məbləğ deyil”, - deyə o, narazılığını bildirib.
Aysel Şirinova