Rusiya nüvə silahı ölkələrin suverenliyi və ərazi bütövlüyünə təhlükə yaranarsa, Rusiyaya və ya Belarusa qarşı təcavüz halında istifadə oluna bilər.
Bu, Belarusla Birlik Dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında sazişdə qeyd olunub. Rusiya prezidenti Vladimir Putin bu sənədi Dövlət Dumasına ratifikasiya üçün təqdim edib.
Müqaviləyə əsasən, Rusiya Federasiyasının nüvə silahından Rusiya və ya Belarusa qarşı nüvə silahının və ya digər növ kütləvi qırğın silahlarının istifadəsinə cavab olaraq istifadə edilə bilər. "Həmçinin, ənənəvi silahlardan istifadə etməklə tərəflərdən hər hansı birinə qarşı təcavüz baş verdikdə, onun suverenliyi və ya ərazi bütövlüyünə kritik təhlükə yarada bilər".