Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın mümkün tarifləri tətbiq etməsinə eyni şəkildə cavab verməlidir.
Tvit.az Anadolu agentliyinə istinadla xəbər verir ki, AB-nin potensial reaksiyasını Polşanın baş naziri Donald Tusk açıqlayıb.
O, ABŞ-nin hələ də dostumuz olduğunu və Avropa ölkələrinin buna cavab olaraq təcavüz və “lazımsız jestlərdən” çəkinməli olduğunu bildirib.
Bununla belə, Tusk əlavə edib ki, Avropa “özünə hörmət etməli” və tariflərin tətbiqinə adekvat cavab verməlidir.