İsveçin Orebro şəhərində məktəbdə atışma nəticəsində ölənlərin sayı 10-a çatıb.
Tvit.az xəbər verir ki, bu barədə Omni nəşri yerli polis nümayəndəsinə istinadla məlumat verib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olanların şəxsiyyətini müəyyənləşdirir. Polis həmçinin qeyd edib ki, altı yaralı şəxs təcili yardıma aparılıb.
Daha əvvəl atışma nəticəsində 5 nəfərin öldüyü bildirilirib.
Xatırladaq ki, Campus Risbergska məktəbində atışma fevralın 4-də günorta baş verib. Yerli sakinlərə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub. Bildirilib ki, cinayəti törədən şəxs ağır zorakılıq cinayəti törətməkdə şübhəli bilinir.
Aysel Şirinova