Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin bu dəfə Rusiya və Ukraynaya hazırkı səfərinə onun Zaporojjya Atom Elektrik Stansiyasına (ZNPP) səfəri daxil deyil.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Cənab Qrossinin Rusiya və Ukraynaya hazırkı səfəri zamanı onun Zaporojjya Atom Elektrik Stansiyasına baş çəkəcəyi gözlənilmir. Rusiyaya səfərə gəlincə, hazırda məlumdur ki, onun Rusiya nümayəndə heyəti ilə görüşmək üçün Moskvaya gəlməsi gözlənilir", - agentlik yazıb.
Aysel Şirinova