Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi
sosial

Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi

04-02-2025 20:00 14 Views
IMG

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat yayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "Tengrinews" məlumat verib.

 

Sənəddə aydın olur ki, bu hesabatın bir hissəsi kimi aparılan araşdırma təqsirkarların müəyyən edilməsi və ya məsuliyyətin bölüşdürülməsini nəzərdə tutmur.

 

Bu hesabatda təqdim olunan məlumatlar ilkin xarakter daşıyır və tədqiqatın nəticələrinə və bütün materialların öyrənilməsinə əsasən dəqiqləşdirilə və əlavə edilə bilər. İşlər başa çatdıqdan sonra aviasiya qəzasının təhqiqatının nəticələrinə dair Yekun Hesabat hazırlanacaq.

 

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarının (AZAL) "Embraer" təyyarəsi qəzaya uğrayıb. Qəza Bakıdan Qroznıya uçan təyyarənin məcburi enişi zamanı baş verib.