Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Biləsuvarda ovçuluq təsərrüfatında bu il köçəri quşların sayı 40-50 minə çatıb
sosial

Biləsuvarda ovçuluq təsərrüfatında bu il köçəri quşların sayı 40-50 minə çatıb

03-02-2025 20:00 16 Views
IMG

Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında köçəri quşların sayı 40-50 min civarındadır.

 

Report-un məlumatına görə, miqrasiya mövsümünə uyğun olaraq təsərrüfat ərazisinə ov quşları - qaşqaldaq, ördək və s. köç ediblər.


Ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında beş dəfəyə yaxın artım olub.

 

Belə ki, ötən illərdə təsərrüfat ərazisinə ilboyu miqrasiya edən quşların sayı 10-12 min civarında olurdusa, bu il isə bu göstərici 40-50 min civarına çatıb.

 

Bunun əsas səbəbinin isə bu il ov mövsümünün gec açılması göstərilir.

 

Qeyd edək ki, Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir və sahəsi 7 min 136 hektardır.