Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Suriya sərhəddi qorumaq üçün Türkiyədən kömək istəyir
dünya

Suriya sərhəddi qorumaq üçün Türkiyədən kömək istəyir

03-02-2025 12:00 20 Views
IMG

Suriyanın yeni hakimiyyət orqanları İsraillə sərhədi qorumaq üçün Türkiyədən kömək istəyir.

Tvit.az xəbər verir ki, Türkiyə Gazetesi Suriya mənbələrinə, o cümlədən ölkənin Müdafiə Nazirliyinin rəsmilərinə istinadən yazıb.

Məlumata əsasən, Dəməşqin əsasən İsraillə sərhəddə Colan təpələri bölgəsinə nəzarəti təmin etmək üçün Türkiyə pilotsuz təyyarələrinə, əlavə radar sistemlərinə, elektron müharibə və sərhədlər boyu hava hücumundan müdafiə sistemlərinə ehtiyac var.

Suriyalı mənbələr isə qeyd edir ki, dronların ilk çatdırılması yaxın vaxtlarda baş tutacaq.

Bundan əlavə, Türkiyənin Suriya ordusuna təlim keçəcəyi, bunun üçün Suriyada 2 türk hərbi bazasının yerləşdirilməsi planlaşdırıldığı qeyd edilir. Bildirilib ki, müvafiq saziş hazırlanıb və yaxın vaxtlarda imzalanması planlaşdırılır.

Aysel Şirinova