Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Məktəb direktoru rüşvətə görə həbs olundu
turizm

Məktəb direktoru rüşvətə görə həbs olundu

03-02-2025 11:00 31 Views
IMG

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

"Tvit.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.