Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rus mahnısı oxuduğuna görə işdən çıxarıldı
dünya

Rus mahnısı oxuduğuna görə işdən çıxarıldı

31-01-2025 21:00 20 Views
IMG
Ukraynada rus mahnıları oxuyan Ostroq şəhərinin meri işdən çıxarılıb.
 
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Məlumata əsasən, Rovno vilayətində yerləşən Ostroq Şəhər Şurasının deputatları rus mahnılarına qulaq asmaqda və yerli sakinləri təhqir etməkdə ittiham olunan mer Yuri Yaqodkanı vəzifəsindən azad etmək qərarına gəliblər.
İşdən azad edilməsinə rəsmi səbəb kimi sabiq bələdiyyə sədrinin üzərinə düşən vəzifəni yerinə yetirməməsi, struktur bölmələrinin və kommunal müəssisələrin fəaliyyətinə nəzarət etməməsi göstərilib.
Aysel Şirinova