Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Məlumata əsasən, tərəflər telefon danışığında Suriyadakı vəziyyəti və regional mövzuları müzakirə ediblər.
Bildirilib ki, söhbət zamanı hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi xüsusi vurğulanıb. Suriyada siyasi keçid prosesinin inkluziv olmasının vacibliyi qeyd edilib.
Aysel Şirinova