Bələdiyyə seçkiləri ilə bağlı səsvermə keçirilən müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub.
Tvit.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da baş tutan bələdiyyə seçkiləri ilə bağlı keçirilən iclasda deyib.
O bildirib ki, müraciətlər araşdırılacaq.
Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45% olub.