Rusiyada doğumun mütləq sayı tarixin ən aşağı göstəricilərindən birinə yaxınlaşıb.
Tvit.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini Viktor Fisenko bəyan edib.
"2020-ci illərdə ümumi məhsuldarlıq səviyyəsinin dəyərinin 2000-ci illərin əvvəllərinə nisbətən yüksək olmasına baxmayaraq, doğumların mütləq sayı 2000-ci ilin səviyyəsinə yaxınlaşıb. Bu, müasir Rusiya tarixində bu göstəricinin ən aşağı dəyərlərindən biridir", - o izah edib.
Onun sözlərinə görə, buna səbəb daha az əlverişli yaş strukturu, eləcə də reproduktiv yaşda olan qadınların sayının azalması olub.
Aysel Şirinova