Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ” bu gün Avropa Liqasında sonuncu oyununu keçirəcək
sport

“Qarabağ” bu gün Avropa Liqasında sonuncu oyununu keçirəcək

30-01-2025 10:00 57 Views
IMG

“Qarabağ” bu gün UEFA Avropa Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.

"Tvit.az" xəbər verir ki, Azərbaycan çempionu VIII tur matçında Yunanıstanın “Olimpiakos” kollektivinin qonağı olacaq.

Pireydəki “Georgios Karaiskakis” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək.

Hazırda “Qarabağ” turnir cədvəlində 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.