İspaniya Ukraynaya humanitar yardım üçün əlavə 10 milyon avro ayrıldığını elan edib.
Tviyt.az xəbər verir ki, bu barədə ölkənin XİN-nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, münaqişənin əvvəlindən bu yana bu yardım İspaniyanın Kiyevə təqdim etdiyi 100 milyon avroya əlavə ediləcək.
XİN rəsmisi əlavə edib ki, buna ölkənin bərpası üçün digər yardımlar da əlavə olunmalıdır. Müqavilənin əvvəlindən bu vəsait 400 milyon avro xərclənib.
Həmçinin İspaniyada təxminən 7 min Ukrayna hərbçisinin artıq təlim keçdiyi də bildirilib.
Aysel Şirinova