Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya İŞİD-ə qarşı son bir həftədir davam edən “Gürz-41” və “Gürz-42” əməliyyatları ilə bağlı məlumat paylaşıb.
Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir Yerlikaya 24 vilayətdə keçirilən əməliyyatlarda 100 şübhəli terror təşkilatının yaxalandığını bildirib.
Əməliyyatlar Ankara, Antalya, Çankırı, Çorum, Düzce, Əskişəhər, Qaziantep, İstanbul, Kahramanmaraş, Kocaeli, Kırşehir, Mersin, Nevşehir, Sakarya, Samsun, Şanlıurfa, Yalova, Amasya, Çanaqqala, Diyarbəkir, Kayseri, Kırıkkale, Elazığ və Malatyada keçirilib.