Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Meymunçiçəyinə yoluxmuş şəxsin son durumu
turizm

Meymunçiçəyinə yoluxmuş şəxsin son durumu

27-01-2025 10:00 38 Views
IMG

Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb.

"Tvit.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması qeyd olunmuşdu.