730 mindən çox amerikalı məktəbli deportasiya təhlükəsi altındadır.
Tvit.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Nəşrin məlumatına görə, bu narahatlıqlar ABŞ prezidenti Donald Trampın administrasiyası miqrasiya xidmətlərinin xəstəxanalar, kilsələr və məktəblərdən yan keçməyəcəyini bəyan etdikdən sonra yaranıb.
Qeyd olunur ki, bu baxımdan ABŞ sakinləri vətəndaşlığı olmayan uşaqlarının evdən çıxmasına icazə verməkdən qorxmağa başlayıblar. Məktəb rəsmiləri uşaqların həftələrlə dərsdən yayınacağından narahatdırlar. Bu, onların sosial və akademik inkişafına zərər verəcək, materialda deyilir.
Aysel Şirinova