Husilər yanvarın 25-də birtərəfli humanitar təşəbbüs çərçivəsində onlarla məhbusu azad edəcəklər.
Tvit.az xəbər verir ki, bu barədə Yəmən Huti Ənsar Allah təşkilatının məhbuslarla iş üzrə komitəsinin rəhbəri əl-Murtada bildirib.
Onun sözlərinə görə, bu addım əl-Husi təşkilatının liderinin göstərişi ilə həyata keçiriləcək. Əl-Murtada vurğulayıb ki, azadlığın təfərrüatları təşəbbüsün həyata keçirilməsi zamanı keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Aysel Şirinova