Avstriyanın daxili işlər naziri Gerhard Karner 2023-cü ildə sığınacaq üçün müraciətlərin keçən illə müqayisədə 58 faiz azaldığını bildirib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, o, 2024-cü ildə sığınacaq müraciətlərinin sayının 24 min 941-ə düşdüyünü və bu səviyyənin 2020-ci ildən bəri ən aşağı olduğunu açıqlayıb. O, Əfqanıstandan olan mühacirlərin repatriasiyası ilə bağlı danışıqların aparıldığını da açıqlayıb.
Avstriyanın AB-də ən çox sığınacaq müraciəti edən ölkələr arasında 9-cu yerdə olduğunu bildirən Karner, Suriyada Baas rejiminin süqutundan sonra bu ölkə vətəndaşlarının heç bir sığınacaq üçün müraciət etmədiyini bildirib.
Aysel Şirinova