Putin Qırğızıstanın eks-prezidenti, Moskva Dövlət Universitetinin professoru Askar Akayevi "Rusiya Federasiyasının fəxri alimi" titulu ilə təltif edib.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata əsasən, Ağayev "Yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsində, elmi və pedaqoji fəaliyyətində və uzun illər vicdanlı fəaliyyətində göstərdiyi xidmətlərə görə" adına layiq görülüb.
Askar Akayev Qırğızıstanın ilk prezidentidir. 1990-2005-ci illərdə ölkəyə rəhbərlik etmişdir.