Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Latviya NATO-dan zəmanət almadan hərbçiləri Ukraynaya göndərməyəcək
dünya

Latviya NATO-dan zəmanət almadan hərbçiləri Ukraynaya göndərməyəcək

23-01-2025 19:00 24 Views
IMG

NATO müvafiq təhlükəsizlik zəmanəti verməsə, Latviya münaqişə bitdikdən sonra hərbi qulluqçularını Ukraynaya göndərməyəcək.

Tvit.az xəbər verir ki, bunu Respublikanın Baş naziri Evika Silina bildirib.

"Bu əsgərlərə təhlükəsizlik zəmanəti kimin verəcəyindən asılıdır. Zəmanətsiz, məsələn, NATO-suz bu iş nəticə verməyəcək", - deyə Silina "Der Spiegel" jurnalına müsahibəsində Latviya hərbçilərini Ukraynaya göndərib-göndərməyəcəyi sualını cavablandırıb.

Eyni zamanda Latviyanın Baş naziri avropa qoşunlarının Ukraynada atəşkəsin təmin olunmasında iştirak edə biləcəyini nəzəri cəhətdən mümkün adlandırıb. Bu, olduqca mümkündür. Amma sual yaranır ki, doğrudanmı ukraynalılar bunu istəyirlər", - Silinya vurğulayıb.

Aysel Şirinova