Azərbaycan Mərkəzi Bankı (AMB) səhmlərinin 75%-i dövlətə məxsus olan “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib.
Tvit.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, “Azər-Türk Bank” “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 14.1-ci bəndinin tələbini pozduğu üçün “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbi rəhbər tutularaq, Banka müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması, qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Həmin bəndə görə, sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklarda leverec əmsalı ( I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti) 4%-dən az olmamalıdır.