Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Sözügedən vəzifəyə general-mayor İlqar Lətifov təyin olunub.

Qeyd edək ki, İ.Lətifov 4-cü ordu korpusunun komandanı olub.