Estoniya parlamenti Gürcüstan xalqını dəstəkləyən bəyanat qəbul edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, bəyanatda Gürcüstandakı narahatedici vəziyyət vurğulanır, beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa çağırılır.
Sənəddə həmçinin Estoniyanın Gürcüstanın taleyi və demokratiyası ilə maraqlandığı nümayiş etdirilir.
Qeyd edək ki, bəyanatda Rusiya Federasiyasının dəstəklədiyi hakim “Gürcü arzusu” partiyasının hakimiyyəti ələ keçirmək və müxalifəti sıxışdırmaq üçün saxtalaşdırılmış seçki nəticələrindən istifadə etdiyi vurğulanıb.
Aysel Şirinova