Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağında atəşkəsin həyata keçirilməsi üçün bütün səylərini əsirgəməyəcəyini bəyan edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, fələstinlilərin məcburi köçkünlüyünə qarşı olduqlarını vurğulayan Sisi atəşkəs razılaşmasının Misirin səylərinin göstəricisi olduğunu bildirib.
Misir Prezidenti vurğulayıb ki, fələstinlilərin qanının tökülməsinin qarşısını almaq, Qəzza zolağının yaşayışını təmin edəcək xidmətləri bərpa etmək və sakinləri zorla köçürmək cəhdlərinin qarşısını almaq üçün bu sazişin tam şəkildə həyata keçirilməsi üçün hər cür səy göstərəcəklər.
Aysel Şirinova