Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və ölkənin Bakıdakı Səfirliyinə başsağlığı verib
sosial

Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və ölkənin Bakıdakı Səfirliyinə başsağlığı verib

21-01-2025 18:00 24 Views
IMG

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən hoteldə baş vermiş yanğınla əlaqədar ölkənin daxili işlər naziri Əli Yerlikayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.

 

Bu barədə Tvit.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini bildirib.