İndoneziyanın Yava adasında həddindən artıq yağışın səbəb olduğu sel və torpaq sürüşmələrində 16 nəfər həyatını itirib.
Tvit.az xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakət Mərkəzi məlumat yayıb.
Açıqlamada əlverişsiz hava şəraitinin və relyefin əngəlli olmasının axtarış-xilasetmə işlərini ləngitdiyi, ilkin məlumatlara görə 16 nəfərin həyatını itirdiyi, 8 nəfərdən isə xəbər alınmadığı bildirilib.
Elmin Alışov