ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Sylvester Stallone, Mel Gibson və Con Voight-i Hollivuda xüsusi səfir təyin edib.
Bu barədə "Variety" xəbər verir.
"Bu üç çox istedadlı insan mənim gözüm və qulağım olacaq. Mən onların təklif etdiklərini edəcəyəm", - deyə siyasətçi "Hollivudun qızıl əsrini" proqnozlaşdırıb.
Trampın sözlərinə görə, aktyorların vəzifəsi Hollivudu bərpa etmək olacaq. "Son dörd il ərzində xarici ölkələrdə bir çox müştərini itirib".