Volodymyr Zelenskyy Macarıstan, Almaniya, Slovakiya və ABŞ-ın Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxmasından şikayətlənib.
"ABŞ, Macarıstan, Slovakiya, Almaniya. Onlar səmimi idilər, bizi NATO-da görmək istəmirdilər. Bu açıq söhbətdir", - deyə o, Kiyev şəhərində Britaniyanın baş naziri Keir Starmerlə birgə mətbuat konfransında bildirib. Bu fraqment "Obozrevatel" tərəfindən dərc edilib.
Zelenskinin sözlərinə görə, bu dörd ölkənin hər birinin Ukraynanı ittifaqın bir hissəsi kimi görməməsinin "öz səbəbləri" var.