Kiyevə səfər edən Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Keir Starmer yüzillik əməkdaşlığa dair Ukrayna və Birləşmiş Krallıq arasında saziş imzalayıblar.
Tvit.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
"Biz yeni səviyyəyə çatmışıq, bu, strateji münasibətlərdən daha çoxdur. Biz yüzillik əməkdaşlıq haqqında saziş imzalamışıq", - deyə Zelenski bildirib.
Qeyd olunur ki, bu sənəd müdafiə sektorunda ikitərəfli münasibətləri daha da dərinləşəcək. Bundan başqa, bu sənəd Kiyevə daha çox hərbi yardım göstərilməsini təmin edir. Müqavilənin detalları verilmir.
Aysel Şirinova