Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ötən il 9 operator 5 min manat cərimələnib - Audiovizual Şura
sosial

Ötən il 9 operator 5 min manat cərimələnib - Audiovizual Şura

15-01-2025 15:00 40 Views
IMG

Ötən il retranslyasiya xidmətinin doqquz operatorunun hər birisi 5 min manat cərimələnib.

"Tvit.az" xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında məsələ yer alıb.

Hesabatda qeyd olunub ki, xarici televiziya kanallarının müqaviləsiz retranslyasiyasına görə ötən ilin oktyabr ayından monitorinqlərə başlanılıb.

Monitorinqlər nəticəsində ilin sonuna kimi müvafiq qanunvericiliyin tələblərini yerinə yetirmədiyinə görə ümumi olaraq 12 inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib.

İlin sonuna kimi olan vəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator hərəsi 5 min manat məbləğində cərimələnib.