Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Suriyanın xarici işlər naziri Türkiyəyə ilk rəsmi səfər edib
dünya

Suriyanın xarici işlər naziri Türkiyəyə ilk rəsmi səfər edib

14-01-2025 17:00 45 Views
IMG

Suriyadakı keçid administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani sabah ilk rəsmi səfərini Türkiyəyə edəcəyini açıqlayıb.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, səfərin Suriya xalqına dəstək verən Türkiyə ilə əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilir.

Şeybani səfərini sosial mediada türkcə bir paylaşımla açıqlayıb:

"Bu gün biz yeni Suriyanı təmsil etmək üçün on dörd ildir Suriya xalqını heç vaxt tərk etməyən Türkiyə Respublikasına ilk rəsmi səfərimizi edəcəyik".

Aysel Şirinova