Türkiyə Prezidentinin baş müşaviri ABŞ Dövlət Departamentinin müşavir müavini ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə mmediası məlumat yayıb.
Məlumata əsasən, görüşdə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ Dövlət Departamenti müşavirinin müavini Con Bass və onu müşayiət edən nümayəndə heyəti iştirak edib.
Görüşlə bağlı paylaşım edən Kılıç yazıb:
"Biz Suriyadakı son hadisələri, keçid prosesini və terror təşkilatlarına qarşı birgə mübarizəni müzakirə etdik. Eyni zamanda Suriyanın yenidən qurulması, xüsusilə də elektrik enerjisi və mənzil ehtiyacı ilə bağlı nələrin edilə biləcəyi ilə bağlı qiymətləndirmələr etdik".