Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Meksika körfəzinin adını “Amerika Körfəzi” olaraq dəyişdirmək fikrinə yumorla cavab verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mən 1607-ci ilə aid köhnə xəritəni nümayiş etdirirəm. Təbii ki, Meksika körfəzi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmən tanınır. Amma niyə Şimali Amerikaya "Meksika Amerikası" demirik? Yaxşı səslənir, elə deyilmi?”,- deyə Meksika lideri qeyd edib.
Elmin Alışov