Pentaqon ABŞ və müttəfiqlərinin Ukraynanın müdafiəsi üçün bu günə qədər 126 milyard dollardan çox təhlükəsizlik yardımı ayırdığını bildirib.
Tvit.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında danışıb.
ABŞ-ın Rusiyaya qarşı özünü müdafiə etmək üçün Ukraynaya beynəlxalq dəstəyi koordinasiya etdiyini bildirən Sinq, “Bu günə qədər ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanın fevral ayındaki genişmiqyaslı işğalından bu yana Ukraynaya 126 milyard dollardan çox yardım edib”,- dedi.
Elmin Alışov