Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya Bu ölkə İlon Maska qarşı tədbir görməyə çağırdı
dünya

Bu ölkə İlon Maska qarşı tədbir görməyə çağırdı

08-01-2025 16:00 27 Views
IMG

Avropa Komissiyası amerikalı sahibkar İlon Maskın Avropa ölkələrində siyasətlə bağlı nəşrlərinə görə ona qarşı tədbir görməlidir.


Tvit.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.


“Avropa Komissiyası unikal məkanımızı qorumaq üçün İlon Maskaqarşı mövcud qanunları ciddi şəkildə tətbiq etməlidir”,- deyə nazir bildirib.


Qeyd edək ki, İlon Mask sosial şəbəkədə dəfələrlə bir sıra Avropa ölkələrinin hakimiyyətini tənqid edib. 


Elmin Alışov