ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində güclü küləklərin təsiri ilə ətrafa yayılan meşə yanğını səbəbindən təxminən 30 min nəfərin təxliyyə qərarı verilib.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
Saatda təxminən 80 kilometrə çatan küləklər nəticəsində Los-Ancelesdə meşə yanğınları başlayıb.
Palisades bölgəsində baş verən yanğında təxminən 3 min hektar ərazi məhv olarkən 30 min insan üçün təxliyə əmri verilib.
Elmin Alışov