Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial Şahin Bağırov rəisləri işdən çıxardı
sosial

Şahin Bağırov rəisləri işdən çıxardı

07-01-2025 18:00 24 Views
IMG

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi Həmid Şirinov və Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifələrindən azad ediliblər.

 

Tvit.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub.

 

Elçin Rüstəmova isə Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsi verilib.

 

Qeyd edək ki, Həmid Şirinov ötən ilin aprel ayında Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsinə təyinat almışdı. O, 2018-ci ilin oktyabr ayından Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeydedilən idarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində xidmət edib.

 

Elçin Ədalət oğlu Rüstəmov isə 2023-cü ilin iyul ayında Balakən Gömrük İdarəsinin rəisi təyin edilmişdi.