Çin prezidenti Si Cinpin Tibetdə mümkün qədər çox zəlzələ qurbanını xilas etməyə çağırıb.
Tvit.az xəbər verir ki, onun sözlərini Çin Mərkəzi Televiziyası sitat gətirir.
“Axtarış-xilasetmə işlərinin aparılması, zərərçəkənlərə yardımın göstərilməsi, itkilərin minimuma endirilməsi və ikinci dərəcəli fəlakətlərin qarşısının alınması üçün digər ölkələr də səy göstərməlidir”,- deyə Çin lideri vurğulayıb.
Elmin Alışov