Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 6.8 bal gücündə zəlzələ baş verib.
Tvit.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Yeraltı təkanların episentri Şiqatse şəhərindən 163 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşən Tinqri kəndində olub.
İlkin məlumata görə zəlzələ nəticəsində 9 nəfər həyatını itirib.
Elmin Alışov