ABŞ- da ilk dəfə olaraq H5N1 quş qripindən insan ölümü qeydə alınıb.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ-ın Luiziana ştatının Səhiyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Xəstənin yaşı 65-dən yuxarı idi və onun ev və ya çöl quşları ilə təmas nəticəsində yoluxduğu bildirilir.
Hesabatda vurğulanır ki, ölən xəstə bütün ştatda H5N1 virusuna yoluxmuş yeganə xəstədir.
Elmin Alışov